“Lənkəranın çörəyi Kamrana haram olsun sözünü deməmişəm”

lenkeranin-coreyi-kamrana-haram-olsun-sozunu-dememisem
Oxunma sayı: 646

Fubolçu “Qafqazinfo”ya verdiyi açıqlmasında bildirib ki, onun haqqında çıxan xəbərlərin heç biri həqiqətə uyğun deyil: “Mən guya demişəm ki, Lənkəranın çörəyi Kamrana haram olsun. Boş-boş söhbətlərdir, bunu hansı jurnalist yazıb, niyə yazıb mənə çox maraqlıdır. Mən Kamranla həm klubda, həm də millidə oynamışam və ömrü boyu da Kamran haqqında belə sözlər deməmişəm, demərəm də. Bu cür xəbərlər guya bizim futbolumuzu inkişaf etdirir ki? Bu xəbəri yayanlara da ayıb olsun. Hamısı ağ yalandır. Mən Kamranı da qınayıram. O, mənə zəng edib, məsələyə aydınlıq gətirə bilməzdi, niyə mətbuata bu cür açıqlama verir? Biz axı neçə il bir yerdə oynamışıq. Kamran zəng edib məndən hər şeyi soruşmalı idi”

İqbal