Leyla hit mahnı hazırlayır

leyla-hit-mahni-hazirlayir
Oxunma sayı: 1068


“Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, yeni klip çəkilişlərinə başlayır:

 “Bu yay doyunca istirahət etdim, artıq istirahətimi yekunlaşdırıb dinləyicilərimə yeni iki klipimi təqdim edəcəm. Klipimin artıq çəkilişləri sentyabr ayının ilk günlərindən başlayacaq. Bu dəfə də kliplərimin rejissoru Xavər Ramazanova olacaq. Yeni mahnılar üzərində işləyirəm. Düşünürəm ki, bu mahnılar hitə çevriləcək”.

Müğənni bu gün doğum günü olduğunu da xatırladıb:

“Bu gün doğum günümdür. Doğum günümü ailəmlə birlikdə qeyd edəcəm. Gecədən başlayaraq təbriklər və hədiyyələr alıram. Hər kəsə təşəkkür edirəm. Bu şad günümdə məni tək qoymayırlar”.

Könül