Liftdə qalan 4 yaşlı uşağın barmaqları qopdu - Foto

liftde-qalan-4-yasli-usagin-barmaqlari-qopdu
Oxunma sayı: 2350

İstanbulda axşam saatlarında anası ilə birgə liftə minən 4 yaşlı suriyalı uşağın əli qapının arasında qalıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, liftin qapısı nasaz olduğundan uşağın iki barmağı qopub.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım çağırılıb. Qapı açılaraq uşağın əli xilas olunsa da, iki barmağı qopan balaca qız təcili yardımla xəstəxanaya aparılıb.