Liviya ordusu Türkiyədə təlim keçəcək

liviya-ordusu-turkiyede-telim-kececek
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, M.Əbdülcəlil bu həftə İstanbula getdiyni xatırladaraq, Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü deyib.

Mustafa Əbdülcəlil Liviya ordusunun nizami silahlı qüvvələr vəziyyətinə gətirmək üçün səy göstərdklərini bildirib. Xəbər verilir ki, Liviyanın müdafiə naziri Usamə əl-Cuvalinin rəhbərliyi ilə görülən işlərin nəticləri gələn həftə ictimaiyyətə açıqlanacaq.

Mustafa Əbdülcəlil İstanbulda Müəmmər Qəzzafi hakimiyyətinə qarşı baş verən döyüşlərdə yaralanan və Türkiyədə müalicə olunan “azadlıq döyüşçüləri”ni də ziyarət etdiyini söyləyib.