Maduro Avropa İttifaqının təklifini qəbul etdi

maduro-avropa-ittifaqinin-teklifini-qebul-etdi
Oxunma sayı: 2048

Venesuela prezidenti Nikolas Maduro Avropa İttifaqının humanitar yardım göndərmək təklifini qəbul edib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, bunu “Periscope” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı dilə gətirib.

Razılaşmaya əsasən Avropa İttifaqı Venesuelaya 2 milyard avro həcmində humanitar yardım göndərəcək.

Qeyd edək ki, Maduro onun hakimiyyətini tanımayan qonşu ölkələrlə quru və dəniz sərhədlərini bağlayacağını açıqlayıb. Bu səbəbdən humanitar yardımların gətirilməsi məsələsi təhlükəyə düşmüşdü.