Mahnı ilə yox, 10 minlik ayaqqabısı ilə gündəmə gəldi

mahni-ile-yox-10-minlik-ayaqqabisi-ile-gundeme-geldi
Oxunma sayı: 5575

Ötən gün Zaur Kamalın aparıcılıq etdiyi “5-də 5” verilişində maraqlı anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, proqramın qonaqlarından biri də gənc ifaçı Orxan Babazadə olub. 

O, canlı yayıma qızıl ayaqqabı geyinərək gəlib.  Onun belə bir addım atması hər kəsin, xüsusilə Zaur Kamalın təəccübünə səbəb olub. 

Zaur qonağı səhnəyə dəvət edərək ayaqqabısında qızıl işləmələrin olduğunu bildirib:

“Qızı ayaqqabı geyinirmiş, gizlədib.  Qoy mən də geyinim. Üztünün qaşı və arxasında bəzəklər qızıldır. Buna 10 min dollar verib. Buna 300 manat da verməyəm, nə ağılla alıb?”

Qeyd edək ki, Orxan dəfələrlə mətbuatda villası, maşını ilə gündəmə gəlib.  İfaçının atası Baba Babazadə bizneslə məşğul olur, iş adamıdır.