Makedoniyanın adı dəyişdi

makedoniyanin-adi-deyisdi
Oxunma sayı: 4230

Yunanıstan və Makedoniya arasında uzun illərdir davam edən ad problemi həll edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı razılığa əsasən Makedoniyanın yeni adı Şimali Makedoniya Cümhuriyyəti olaraq dəyişdirilib.

Bu barədə Yunanıstan Baş naziri Aleksis Çipras və makedon həmkarı Zoran Zayev arasındakı telefon görüşməsində razılıq əldə edilib.

Qeyd edək ki, Makedoniya adına görə bu ölkə neçə illərdir Avropa İttifaqı və NATO-ya üzv ola bilmirdi.