Malayziya kralı taxtını tərk edib

malayziya-krali-taxtini-terk-edib
Oxunma sayı: 2628

Malayziya kralı Sultan V Məhəmməd taxtını tərk edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, bu barədə Mili Sarayın mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, kral yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib.

Xatırladaq ki, Sultan V Məhəmmədin vəzifəsindən getdiyinə dair iddialar KİV-də geniş işıqlandırılıb.