Marsda suyun olması aşkarlandı

marsda-suyun-olmasi-askarlandi
Oxunma sayı: 672

İslamazeri.az İnternet Qəzetinin "astronet"ə istinadən verdiyi xəbərə görə, Marsda milyardlarla il bundan öncə suyun olması faktı aşkarlanıb.
Marsda uzun illərdir fəaliyyət göstərən "Opportunity" tədqiqat maşını üzrə elmi-məsul şəxs olan Stiv Squyres ABŞ Geofizika Təşkilatının keçirdiyi toplantıda "Opportunity"-nin öz yaşına görə artıq fəaliyyətini dayandırmalı olduğu halda hələdə fəaliyyət göstərməsinin çox xoş bir şans olduğunu bildirərək, tədqiqat maşınının Marsın öyrənilməsi tarixində çox önəmli bir yeniliyə imza atdığını açıqlayıb.
Onun sözlərinə görə "Opportunity" nəhəng Endeavour kraterini tədqiq edən zaman kraterin divarının yaxınlığında incə və parlaq bir mineral damarı aşkarlayıb.
Araşdırmalardan məlum olub ki, bu milyardlarla il bundan öncə bu ərazidə suyun təsiri ilə yaranmış olan gipsdir.
O, bu tapıntının bu günədək Marsda suyun mövcudluğu ilə bağlı aparılan tədqiqatların ən uğurlu nəticəsi adlandırıb.
"Opportunity"-nin kamerası və rentgen spektrometr aparatı ilə araşdırılan bu mineral qalıqların müasir dünyamızda gips adlandırdığımız materialla eyni olduğu məlum olub və ən vacibi də budur ki, gipsin mövcudluğu üçün suyun olması da mütləqdir.