Martın 3-də milli parklara giriş pulsuz olacaq

martin-3-de-milli-parklara-giris-pulsuz-olacaq
Oxunma sayı: 1794

“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında  “açıq qapı” günü keçiriləcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək. 

“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir. 

“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var;

1. Abşeron Milli Parkı

2. Altıağac Milli Parkı

3. Şahdağ Milli Parkı

4. Samur-Yalama Milli Parkı

5. Şirvan Milli Parkı

6. Hirkan Milli Parkı

7. Ağgöl Milli Parkı

8. Göygöl Milli Parkı

9. Qızılağac Milli Parkı

10. Zəngəzur Milli Parkı.