Masallıda ziyalıların təşəbbüsü ilə seminar keçirilib

masallida-ziyalilarin-tesebbusu-ile-seminar-kecirilib
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, “Bütün dövrlərdə ölkədə baş verən ictimai, siyasi, sosial vəziyyətə biganəlik, Ziyalı üçün cinayətdir” devizi altında keçirilən seminar işgüzar, məhsuldar, diskusiyalar şəraitində səmərəli keçirilib.

Belə ki, çox saylı çıxışlarda ictimai, siyasi həyatımızda ziyalıların rolu və vəzifələri göstərilməklə,rayondakı ictimai durum, rayonun inkişafına əngəl olan problemlər, çıxış yolları göstərilməklə rayonumuzun inkişafında mühüm rol oynaya bilən təkliflər və fikirlər müzakirə olunub.

Eyni zamanda çıxış edən YAP-nın, AXCP-nin, Müsavat partiyasının nümayəndələri və digər rayonun tanınmış ziyalıları, ümum rayon problemlərinin həllində səmərəli əməkdaşlıq formaları barədə fikir mübadiləsi aparılmaqla, çox səmimi münasibətlərin qurulması haqqında razılıq əldə edildi.

Seminarda razılığa gəlindi ki, rayonun ümumi problemləri ilə bağlı, xüsusi ilə, təhsil, səhiyyə sahəsindəki, rayonun abadlıq işlərindəki, narkomaniyanın geniş yayılması ilə bağlı mövcud olan cox saylı problemlərlə bağlı, geniştərkibli ümum rayon konfransı keçirilsin, problemlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilsin.