Masallıda ziyanvericilər peyda olub

Masallıda ziyanvericilər peyda olub
Oxunma sayı: 190

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət qrup ötən həftə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə əraziyə baxış keçirib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan “Dəyişik İpəksarıyan” olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən ziyanvericinin tırtılları, əsasən, aprel ayının 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə yayılmağa başlayır. Belə ki, həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılır.

ETSN-nin mütəxəssisləri zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərlə sirayətlənmiş ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçiriblər. Ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda ərazi nəzarət altındadır.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi