Maşın niyə tunelə aşdı?

masin-niye-tunele-asdi
Oxunma sayı: 4271

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində avtomobil körpüdən tunelə aşıb.

“Qafqazinfo”ya hadisənin təfərrüatlarını danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qəzaya səbəb sürücünün sürət həddini aşması olub:

“Kameralardan görünür ki, hadisəyə səbəb Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücünün nisbətən sürət həddini aşmasıdır. Bu səbəbdən sürücü Yusif Səfərov küçəsinə dönərkən idarəetməni itirib və “KIA Rio” markalı avtomobil tunelə düşüb. Xoşbəxtlikdən həmin ərəfədə ərazidə başqa maşın olmayıb”. 

V. Əsədovon sözlərinə görə avtomobildə iki nəfər olub. Onlardan biri xəsarət alıb, digərinin vəziyyəti isə qənaətbəxşdir. 
Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Hazırda yolda hərəkət tam bərpa olunub. 

Günel Hacı