Maşın vuran piyada həlak oldu

masin-vuran-piyada-helak-oldu
Oxunma sayı: 986

Sabunçu rayonunda yol qəzası olub.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 10-da saat 7:00 radələrində Zabrat qəsəbəsində baş verib. Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.