Mayamidə yerüstü keçid çökdü, ölənlər var - Foto + Video

mayamide-yerustu-kecid-cokdu-olenler-var
Oxunma sayı: 1489

ABŞ-ın Mayami şəhərində yerüstü keçid çöküb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Beynəlxalq Florida Universitetinin şimal çıxışı tərəfdə qurulan körpünün açılışı ötən olub. Yerüstü keçid tələbələrin həyatını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu. Keçidin çökməsi nəticəsində bir neçə maşın dağıntılar altında qalıb.

Xilasedicilər hadisə yerində axtarışları davam etdirir. İnsident nəticəsində 6 nəfərin öldüyü bildirilir.

Kanalın məlumatına əsasən, hadisə nəticəsində 6-10 nəfər arası insan ölüb.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.