Medvedyevin “poçtalyon”u Bakıya gəldi

Medvedyevin “poçtalyon”u Bakıya gəldi
Oxunma sayı: 288

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ermənistana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında Lavrov özü deyib. Onun sözlərinə görə, Dmitri Medvedev adından Ermənistan prezidentinə ünvanlanan təklif Dağlıq Qarabağ münaqişəsi üzrə Kazan görüşündə müzakirənin nəticəsinə uyğundur: “Bu təkliflər Rusiya prezidenti adından Ermənistan prezidentinə şəxsi müraciətdir”. O, bildirib ki, analoji müraciət rəsmi Bakıya da çatdırılacaq. Lavrov onu da qeyd edib ki, görüşün gedişatında Ermənistan prezidenti Rusiya prezidentinin müraciət və təklifləri diqqətlə öyrənəcəyini və cavab hazırlayacağını söyləyib. Sarkisyan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salmasında irəliləyiş əldə olunması üçün İrəvanın maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, Sergey Lavrov artıq Bakıdadır. O, Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəxsi məktubunu Azərbaycan prezidentinə çatdırmaq məqsədilə Bakıya səfər edib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi