Məğlubiyyət bizi neçənci etdi?

meglubiyyet-bizi-necenci-etdi
Oxunma sayı: 921


  “Qafqazinfo” nun Apasport.az saytına istinadən  məlumatına görə, Azərbaycan mövsümün startında 10 ən güclü arasındadı. 

Klublarımız arxada qalan mərhələlərdə üst-üstə 2,500 xal toplayıb. Bu nəticədə Avropada 6-cıdır. Qitənin 6-cısı adına 4 şərikdən biri olan Azərbaycan pley-off mərhələsinin son oyunlarından sonra geriləyib.

“Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə qarşılaşmadakı 0:2 hesablı məğlubiyyəti xal hesabımızın artmasına imkan verməyib. Bundan yararlanan Çexiya, Rusiya və Qazaxıstan bizi keçməyə müvəffəq olub. 

Bu həftənin oyunlarına qədər Azərbaycan və İslandiya kimi 2,500 xalı olan Xorvatiya da durumunu yaxşılaşdırıb. Serbiya ilə Polşa isə “Qarabağ”ın uduzmasında istifadə edərək bizə çatıb.

1. Rumıniya – 3,876

2. Çexiya – 2,875

3. Xorvatiya – 2,750

4. Qazaxıstan – 2,625

5. Rusiya - 2,583

6-9. Azərbaycan, İslandiya, Polşa, Serbiya – 2,500

10. İspaniya – 2,428