“Məhərrəmlik mənə düşdü...” - Həbsdən çıxan Maral Tahirqızı

meherremlik-mene-dusdu
Oxunma sayı: 6171

“Hər kəsə təşəkkürümü bildirirəm. Oktyabrın 9-da azadlığa qovuşmuşam. Saat 7-8 radələrində evimə gəldim. Sağlamlığım da yerindədir”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında həbsdən çıxan ifaçı Maral Tahirqızı deyib. Müğənni deyib ki, həbsxanada xeyli sayda dost qazanıb:

“Səsim də gur-gur guruldayır. Məhərrəmlik ayı mənə düşdü, böyük kömək oldu, qapılarım açıldı. Yenidən yaradıcılığıma başlayacam. Məni sənətdən heç kəs ayıra bilməz. Allah verən bir səsdir. Həbxanada gözəl xanımlar var. Hərdən deyirəm ki, onların yeri həbsxana deyil. Yüksək vəzifəli, mədəni qadınlar da var. Mən heç vaxt cinayətkarları dəstəkləmirəm. Amma bu, insanın həbsxanaya düşmə səbəbindən asılıdır".