Məhkəmədə susmayan məhkumun ağzına yapışqan vuruldu - Video

mehkemede-susmayan-mehkumun-agzina-yapisqan-vuruldu
Oxunma sayı: 2000

ABŞ-da məhkəmə prosesi zamanı maraqlı hadisə baş verib.

“Qafqazinfo” “SKY News”a istinadən xəbər verir ki, 32 yaşlı Uilyams adlı məhkum 30 dəqiqəlik məhkəmə prosesində 12 dəfə icazə verilmədən danışıb və digər şəxslərin çıxış etməsinə imkan verməyib.

Hakim Con Russo Uilyamsı susdura bilmədiyi üçün onun ağzına yapışqan lent vurulması barədə göstəriş verib. Məhkum buna baxmayaraq yenə də səs çıxararaq prosesə maneçilik törətməyə davam edib.

Qeyd edək ki, soyğun, adam qaçırma və oğurluq maddələri ilə ittiham edilən Uilyams 24 il həbs məhkum edilib.