Meksikada jurnalist güllələnib

meksikada-jurnalist-gullelenib
Oxunma sayı: 731

Meksikanın Aşağı-Cənubi Kaliforniya ştatında naməlum şəxslər jurnalisti güllələyiblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Radio Formula” məlumat yayıb. Qətlə yetirilən Maksimino Palasios xəbər portalı jurnalisti olub.

İlkin məlumata görə, hadisə zamanı Palasios xanımı ilə öz avtomobilində olub. Naməlum silahlı şəxslər maşınla onalra yaxınlaşaraq atəş açıblar. Jurnalisin ən azı 15 güllə yarası aldığı açıqlanıb. Xanımı isə hadisə zamanı xəsarət almayıb.

Polis faktla bağlı araşdırma aparır.