Meksikada partlayışda ölənlərin sayı 107-yə çatdı

meksikada-partlayisda-olenlerin-sayi-107-ye-catdi
Oxunma sayı: 892

18 yanvarda Meksikada boru kəmərində baş verən partlayışda yaralananlardan daha 22-si dünyasını dəyişib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bununla da ölü sayı 107-yə çatıb.

Hazırda 40 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Xatırladaq ki, güclü partlayış İdalqo ştatında yüzlərlə insan boru kəmərindən yanacaq oğurlayarkən baş verib.