Melaniya Tramp Afrikaya ilk xarici səfərini edəcək

melaniya-tramp-afrikaya-ilk-xarici-seferini-edecek
Oxunma sayı: 1927

ABŞ-ın birinci xanımı Melaniya Tramp oktyabrda Afrika ölkələrinə səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Melaniyanı bu səfərində prezident Donald Tramp müşayiət etməyəcək. Birinci xanım Afrikadakı uşaqların problemlərini öz gözləri ilə görmək istədiyini bildirib.

Qeyd edək ki, bu, Melaniya Trampın Afrikaya ilk rəsmi səfəridir.