Məmmədyarov “Azərbaycanın Dostları”nın sədri ilə görüşüb

memmedyarov-azerbaycanin-dostlarinin-sedri-ile-gorusub
Oxunma sayı: 642

“Qafqazinfo”nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir E.Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib. Britaniya-Azərbaycan münasibətləri və Britaniya şirkətlərinin Azərbaycandakı aktiv fəaliyyəti barədə qonaqlara danışan Nazir Britaniya ilə əməkdaşlığın təkcə neft yox, həmçinin qeyri-neft sahəsində də inkişaf etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan Nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini bildirib. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini və münaqişənin həllinin uzanmasının regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermədiyini qeyd edib.

Azərbaycanda olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə ediblər. Onlar Dağlıq-Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər.

Səidə