Məmmədyarov ərəblərlə görüşüb

memmedyarov-ereblerle-gorusub
Oxunma sayı: 654

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Nazir Azərbaycanın apardığı uğurlu və müstəqil siyasəti barədə iştirakçılara məlumat verib, iqtisadiyyat sahəsində, xüsusilə enerji sahəsində əldə etdiyimiz nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanın regionda aparıcı dövlət olmasını, Azərbaycanın da iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Məmmədyarov eyni zamanda Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, İslam dünyasının tərkib hissəsi olduğunu, bu mənada və coğrafi baxımdan Avropa və Asiya arasında körpü rolunu oynadığını və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Daha sonra nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.

Nərgiz Ehlamqızı