“Mən olan yerdə heç kim konsert bağlaya bilməz”- - İlhamə

men-olan-yerde-hec-kim-konsert-baglaya-bilmez-
Oxunma sayı: 2304


“Mənim üstümdə dava gedir ki, nə vaxta kimi İlhamə Quliyeva konsertləri bağlayacaq. Ucuz söhbətlər var, ətim ürpəşir. Utanmırsınız bu sözü dilinizə gətirirsiz? İlhamə olan yerdə xırda-mırdalar nə karədir ki, konsert bağlasın.  Mən harasa tələssəm, konserti açıq elan edərəm, başqası isə bağlayar. Mən olan yerdə heç kim konsert bağlaya bilməz, bu illərin adət-ənənəsidir. Burada söhbət sənət keyfiyyətindən gedir. Bir əsəri oxudunsa, onu hitə çevirməmiş başqa əsər ifa edə bilməzsən.  Yeni mahnı oxumuşam, Rusiyada klip çəkdirəcəm, Yeni ildə təqdimat edəcəm. Allah hər kəsə can-sağlığı versin. Mənim ürəyim çox yumşaqdır. Amma elə şey var ki, ölənə kimi bağışlamaram. Hər kəsi bağışlamaq olmaz, çaşırlar”.

 Könül