“Mənə 2 dəfə təcavüz edib” - Zərrabın 63 yaşlı kamera yoldaşı

mene-2-defe-tecavuz-edib
Oxunma sayı: 7513

“Çirkli pulların yuyulması”nda ittiham edilərək Nyu-Yorkda həbs edilən iş adamı Rza Zərrabın kamera yoldaşına təcavüz etməsi iddiası yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zərrab Metropolitan həbsxanasında eyni otaqda qaldığı Faozi Caberə təcavüz etmədiyini daha əvvəl bildirsə də, məhkəmə prosesi yenidən başlayıb. Təkrar iddia irəli sürən 63 yaşlı Caberin sözlərinə görə, Rza ona iki dəfə təcavüz edib və o, yaşlı, eyni zamanda ağır xərçəng xəstəsi olduğuna görə müqavimət göstərə bilməyib. 

Caber qeyd edib ki, yaşadığı hadisədən sonra nüfuzu və karyerası ziyan görüb, psixoloji travma alıb və bütün bunlara görə iş adamı mənəvi təzminat ödəməlidir. 

Xatırladaq ki, Rza Zərrabın kamera yoldaşına təcavüz etməsi 2018-ci ildə gündəmə gəlsə də, iş adamı ittihamı vəkili vasitəsilə rədd edərək məhkəmədən təcavüz iddialarının qaldırılmasını tələb etmişdi.

Aysel Kərimova