Mənzildə kişi meyiti tapıldı

menzilde-kisi-meyiti-tapildi
Oxunma sayı: 937

Bakının Sabunçu rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat daxil olub.
 
“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.
 
Mənzildə 1955-ci il təvəllüdlü Muradov Ramiz Bayram oğlunun cəsədi aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.