Meqan Markl “baby shower” üçün Nyu-Yorka getdi - Fotolar

meqan-markl-baby-shower-ucun-nyu-yorka-getdi
Oxunma sayı: 2684

Sasseks hersoginyası, 37 yaşlı Meqan Markl Nyu-Yorkdadır.

“Qafqazinfo” “Spletnik”ə istinadən xəbər verir ki, hersoginya əvvəlcə Yuxarı İst-Saydda “baby shower” şənliyinin təşkil ediləcəyi otelin girişində görüntülənib.

Markl axşam saatlarında isə Nyu-Yorkdakı dostları Serena Uilyams, Ebiqeyl Spenser və Cessika Malruni ilə 5 ulduzlu “The Mark Hotel”də bir araya gəlib. Meqan dostları ilə şəhərin məşhur restoranı “The Polo Bar”a yollanıb.