Meri öldürən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

meri-olduren-baresinde-3-ayliq-hebs-qetimkan-tedbiri-secildi
Oxunma sayı: 1003

Qdansk şəhər məhkəməsi icra başçısı Pavel Adamoviçi bıçaqlayaraq qətlə yetirən V. Stefan haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu müddətin uzadılacağı istisna edilmir. 

Xatırladaq ki, Stefan yanvarın 13-də xeyriyyə konsertində səhnəyə çıxaraq çıxış edən meri bıçaqlayıb.