Mərkəzdə dəhşətli qəza- - Ölən və yaralananlar var+Fotolar

merkezde-dehsetli-qeza-
Oxunma sayı: 3195


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, Bül-Bül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində “VAZ 2101” markalı avtomobil "Mercedes Benz"-lə toqquşub.

İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xilasedici Mahir Quliyevin sözlərinə görə, bunlar Şıxəli Şıxəliev, Turqut Əsədov və Tural Ələkbərovdur. Həyatını itirmiş sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Qəzaya səbəb “VAZ 2101” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymamağı olub. 

Hadisə yerinə Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.