Məsciddə 40 nəfər öldürüldü

mescidde-40-nefer-olduruldu
Oxunma sayı: 640

Hadisə zamanı 40 nəfər həlak olub; 85 nəfər yaralanıb. «AP» agentliyi isə qeyd edir ki, partlayış cümə namazı zamanı baş verib. Məsciddə həmin anda 300 nəfər müsəlman olub. Məscidin binası dağılıb.

Terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Xayber bölgəsindəki məscidin yerləşdiyi kənd qəbilələr zonasına daxildir. Bu zonada mütəmadi olaraq terror hadisələri baş verir. Xayber bölgəsi demək olar ki, Pakistan hökumətinin nəzarətindən kənardadır, Əfqanıstanla sərhəddə yerləşir.