Məşhur azərbaycanlı avtoritet həbs edildi- - Foto

meshur-azerbaycanli-avtoritet-hebs-edildi-
Oxunma sayı: 3479


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə,  Alik Rıjiy və ya Albert Gəncinskiy kimi də tanınan Əli Heydərova qarşı cinayət işi keçən ilin aprel ayından qaldırılıb. O, Sankt-Peterburqda ucuz “Cip” satışı adı altında müştəriləri cəlb edərək qarət edən cinayət qruplaşmasına rəhbərlik edib.

Xatırladaq ki, Ə.Heydərov bu yaxınlarda Türkiyənin Ədirnə şəhərində mafialar arasında baş verən qarşıdurmanın əsas iştirakçılarından hesab edilirdi.

Qeyd edək ki, O, Gəncədən Rusiyaya 1996-cı ildə gedib. 2012-ci ildə Arxangelsk şəhərindən Sankt-Peterburqa gəlib və orada Ded Hasanın tövsiyyəsi ilə ona “qanuni oğru” adı verilib.