Məşhur filmdən yeni treyler - Video

meshur-filmden-yeni-treyler
Oxunma sayı: 636

Hollivudun maraqla gözlənilən filmlərindən olan “Kingsman: The Golden Circle”in yeni treyleri yayımlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolları Taron Egerton, Channing Tatum, Halle Berry, Julianne Moore, Mark Strong, Colin Firth, Jeff Bridges və digərləri canlandırıblar. Ekran işinin rejisssoru isə Matthew Vaughndır.

Ssenariyə əsasən Britaniyanın gizli təşkilatı Kingsman-nın baş ofisi məhv ediləndən sonra, yerdə qalan üzvlər öyrənirlər ki, Kingsman ilə eyni zamanda həmçinin Statesman adlı gizli təşkilat da təsis edilib və o, ABŞ-da fəaliyyət göstərir. Ümumi düşmənə qalib gəlmək üçün isə bu iki gizli təşkilatın üzvləri bir araya gəlməlidirlər.

“Kingsman: The Golden Circle” filminin premyerası sentyabrda baş tutacaq.