Məşhur müğənni səhnəni tərk etdi

meshur-mugenni-sehneni-terk-etdi
Oxunma sayı: 1644

Böyük Britaniyalı ifaçı Elton Con səhnədən gedəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı senytabrda başlayacağı dünya turundan sonra səhnədən uzaqlaşacaq.

"17 yaşımdan qastrol səfərlərindəyəm. Qərara gəldim ki, pərəstişkarlarıma təşəkkür edim. Qastrol səfərlərimi bitirəndən sonra da  yaradıcılığıma davam edəcəm" deyə Elton söyləyib.

İfaçı bunu uşaqlarına daha çox vaxt ayırmaq istəməsi ilə əlaqələndirib.