Məşhur siyasətçi vəfat etdi

meshur-siyasetci-vefat-etdi
Oxunma sayı: 636

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

“Qafqazinfo” Trend-ə istinadən bildirir ki, bu haqda mərhumun qızı Mika bildirib.

"Bu gecə atam sakitcə dünyasını dəyişib", - Bjezinskinin qızı öz Instagram səhifəsində yazıb, və həmçinin Twitterdə onun ölümü barədə xəbər verib.

New York Times nəşrinin məlumatına görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarından birində vəfat edib.