Messidən yeni rekord olacaq

messiden-yeni-rekord-olacaq-
Oxunma sayı: 643

“Qafqazinfo”nun Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, Messi İspaniya çempionatının 14-cü turunda-"Barselona" - "Atletik" (Вilbao) oyununda daha iki qol vuraraq, bu il topların sayını 84-ə çatdırıb.

Qeyd edək ki, “Barselona” bu oyunda rəqibini 5:1 hesabı ilə məğlub edib.

Almaniyalı futbolçu Herd Müller isə 1972-ci ildə 85 qol vurub və bu günədək bu rekordu saxlayır.

Herd Müllerin rekordunu təzələmək üçün Messinin İspaniya çempionatında 4, Çempionlar Liqasında isə hələ 1 oyunu var.