“Messinin oyunu?..” - Sampaoli

messinin-oyunu
Oxunma sayı: 3439

Argentinanın baş məqçisi Xorxe Sampaoli İslandiya ilə 1:1-lik heç-heçədən sonra jurnalistlər önünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bildirib:

“Biz həmişə qələbə qazanmaq istəyirik. Meydana 3 xal üçün çıxmışdıq. Amma nəticədən narazıyam. Bir çox müdafiədən oynayan komandalara qarşı qələbə qazandıq. Yaratdığımız epizodları qollara çevirməliyik. Bu bizim üçün dərs oldu. Gücümüzü qorumağımız lazımdır. Olduqca mütəkkəb qrupumuz var. Hücumlar zamanı rəqiblərimizi təəccübləndirmək lazımdır. Penalti hər zaman qol şansıdır. Bunu dərk edə bilmədik. Messinin oyunu? Onu qiymətləndirmək üçün vaxt lazımdır”.