Məsud Özil millini tərk etdi

mesud-ozil-millini-terk-etdi
Oxunma sayı: 5096

Türkiyə əsilli alman futbolçu Məsud Özil Almaniya millisini tərk edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə futbolçu sosial şəbəkədəki hesabında açıqlama yayıb.

“Alman Futbol Federasiyası və digər bir çox insanın mənə qarşı olan davranışı səbəbindən Almaniya Milli Komandasının formasını geyinmək istəmirəm. Bu qərarı vermək mənim üçün çox çətin oldu. Çünki komanda yoldaşlarım üçün, texniki heyət üçün, alman xalqı üçün hər zaman hər şeyi etmişəm. Lakin Alman Futbol Federasiyasındakı səlahiyyətli şəxslərin mənə qarşı hərəkətləri, mənim türk kökənimə hörmət etməmələri və məni bir siyasi təbliğat alətinə çevirmələrindən bezdim”, - deyə Məsud Özil qeyd edib.