Mətbuata azadlıq verildi

metbuata-azadliq-verildi
Oxunma sayı: 676

Anspress "Turkmeninform"a istinadən bildirir bu qanunu prezident Qurbanqulı Berdımuhammedov imzalayıb. Yeni qanunda ölkə vətəndaşlarına xarici KİV-lərə maneəsiz daxil olmağa icazə verir və senzuranı, vəzifəli şəxslərin jurnalistlərə maneçilik etməsini qadağan edir.

Qeyd edək ki, hazırda Türkmənistanda bir informasiya agentliyi ("Turkmendövletxabarları"), yeddi milli telekanal, beş yerli radiostansiya və 39 çap nəşri var. Mərkəzi qəzetlərin əksəriyyətinin təsisçisi prezidentdir. Ölkədə yalnız bir özəl qəzet var, onun da təsisçisi hakim Demaokratik Partiyadan sonra ölkənin ikinci partiyası olan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.