Metrodakı qalmaqalla bağlı – - Bəyanat

metrodaki-qalmaqalla-bagli-
Oxunma sayı: 2013


MDİ-nin yaydığı açıqlamada bildirilir ki, hər bir jurnalistin ictimai maraq dairəsində olan belə olayların təfərrüatlarını incələmə, onun hansı səbəblərdən baş verdiyini araşdırma, aidiyyəti olanlardan bilgi istəmə və s. haqqı var. Eyni zamanda, hər bir ölkə vətəndaşı da belə bilgiləri vaxtında, ətraflı və doğru alma haqqına sahibdir, jurnalistlər məhz vətəndaşların bu haqqını təmin etmək vəsifəsini yerinə yetirirlər. Jurnalistin toplum qarşısındakı bu vəzifəsinin önəmi olay yerində çalışanların vəzifə və borclarının önəmindən heç də az deyil. Belə situasiyalarda jurnalistlərin hadisə yerinə daha yaxın olmalarına, hadisəni öz gözləri ilə izləyib və lentə almalarına, hadisə yerindəki əlaqəli şəxslərdən bilgi istəyib-almalarına şərait yaradılmalıdır. Media Hüququ İnstitutu qeyd olunan ölçülərin nəzərə alınmamasını, bu azmış kimi jurnalistə fiziki təzyiq göstərilməsini qətiyyətlə pisləyir. Topluma çatdırmaq üçün bilgi toplayan jurnalistlərə qarşı yönələn belə təzyiqlər ölkədə söz və ifadə azadlığına, xalqın bilmək haqqına, ən mühüm demokratik dəyərlərdən biri olan məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi zərbədir. 

Media Hüququ İnstitutu jurnalistə təzyiq edənlərin Azərbaycan Konstitusiyasının, KİV haqqında, “İnformasiya əldə etmək” haqqında və s. qanunların pozuntusuna yol verdiklərini vurğulayır. Media Hüququ İnstitutu Aynur Elgünəşin təzyiqə məruz qalması olayı ilə bağlı müvafiq dövlət qurumlarının gərəkən hüquqi addımları atacağına ümid edir. 

Qeyd edək ki, Metropoliten işçisi ilə vətəndaş arasında yaranan insidenti araşdıran jurnalist metro işçisinin hücumuna məruz qalıb. Stansiyadakı mühafizəçi polis əməkdaşları da peşə fəaliyyətini yerinə yetirən jurnalistə təzyiq ediblər.