Meyitini çobanlar tapmışdı, qatili tutuldu

meyitini-cobanlar-tapmisdi-qatili-tutuldu
Oxunma sayı: 3235

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.

Xatırladaq ki, martın 2-də Siruz Nəsirov yaşadığı evdən çıxmış və geri qayıtmayıb. 

Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində çobanlar tərəfindən tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.