Mikayıl Abdullayevin yubiley sərgisi keçiriləcək

mikayil-abdullayevin-yubiley-sergisi-kecirilecek
Oxunma sayı: 1580

“Qafqazinfo”nun “İnterfaks-Azərbaycan” a istinadən xəbərinə görə, sərgidə rəssamın ən yaxşı əsərləri nümayiş etdiriləcək. Sərginin açılışında nazirliklər və idarələrinin yüksək vəzifəli nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
M.Abdullayev 1939-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.
M.Abdullayev Ə.Əzimzadə, İ.Qrabar, V.Favorskaya, S.V.Gerasimov kimi görkəmli rəssamlardan dərs alıb.
Rəssamın ilk fərdi sərgisi 1975-ci ildə Moskvada keçirilib.
Sonradan rəssamın əsərlərindən ibarət fərdi sərgiləri dünyanın bir çox paytaxt şəhərlərində - Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehlidə nümayiş etdirilib.
O, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçilib.
Mikayıl Abdullayevin sovet əsgərinin adi həyatını əks etdirən vətənpərvərlik mövzusunda əsərləri məşhurdur. O, bir çox məşhur şəxslərin portretlərini yaradıb, onların əsərlərinə illüstrasiyalar çəkib.
Onlar arasında Nizami, Nəsimi, Fizuli, Vaqif, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, Rəsul Rza və başqalarının əsərləri var.Bakı metrosunun “Nizami” stansiyasının interyerini M.Abdullayevin işləri bəzəyir.
Görkəmli rəssam 2002-ci il avqustun 21-də 81 yaşında vəfat edib.Rəssamın yubileyi ilə əlaqədar İncəsənət Muzeyində “dəyirmi masa” da keçiriləcək, doğum günündə isə, dekabrın 19-da, ictimaiyyət nümayəndələrindən ibarət qrup onun qəbrini ziyarət edəcək.