Millət vəkilinin kitabı Parisdə dərc olundu

millet-vekilinin-kitabi-parisde-derc-olundu-
Oxunma sayı: 871


Kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tarixi və geosiyası kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir.

Xatırladaq ki, bundan əvvəl kitab Azərbaycan, ingilis və ərəb dillərində işıq üzü görüb.