Milli Məclis sentyabrın 30-da payız sessiyasına başlayacaq

milli-meclis-sentyabrin-30-da-payiz-sessiyasina-baslayacaq
Oxunma sayı: 633

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumat görə, daxili nizamnaməyə uyğun olaraq sentyabrın 15-də komitələr fəaliyyətə başlayacaq. Komitələrin iclaslarında qanun layihələri hazırlanaraq parlamentin payız sessiyasının iş planına daxil ediləcək.

Payız sessiyasında əsasən, ölkənin ictimai-siyasi, sosial- iqtisadi, mədəni sahələrinə dair qanun layihələrinin müzakirəsi, qəbulu, eləcə də bir sıra beynəlxalq sazişlərin və müqavilələrin təsdiq edəcəyi gözlənilir.

Payız sessiyası dekabrın sonunda başa çatacaq.