Millimizə qarşı daha bir inamsızlıq

millimize-qarsi-daha-bir-inamsizliq
Oxunma sayı: 637

Bunun ardınca yığmamızın sabiq futbolçusu Samir Abbasov da Qol.Az-a açıqlamasında millimizin qalibiyyət şansının az olduğunu bildirib: “İlk öncə deyim ki, səfərdə bizi çox çətin oyun gözləyir. Lakin inanıram ki, uşaqlar meydanda sona qədər mübarizə aparacaqlar. Yığmamız yaxşı nəticə qazansa da bizimdir, qazanmasa da".

Samir Abbasov daha sonra fikirlərini belə davam etdirib: "Hər kəs komandamızın 0:4 və ya 0:6 hesabla məğlub olacağını deyir. Belə dəstək olmaz. İsrail yığmasıyla qazandığımız nəticədən sonra komandamıza ümidim artıb. Bilirəm ki, çox çətin görüş olacaq. Portuqaliya millisi ilə öz meydanımızda keçirdiyimiz görüşlər ağır keçir, o ki qaldı, səfər ola. Milimizdən qələbə gözləmək reallıqdan uzaqdı. Lakin ən azından yaxşı oyun gözləyirəm".

O, həmçinin hər kəsi yığma komandamıza dəstək olmağa çağırıb.