Millimizin üzvü “Adanaspor”da

millimizin-uzvu-adanasporda
Oxunma sayı: 1393

Milli komandamızın üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, sol cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Ufuk I Liqa təmsilçisi "Adanaspor"la danışıqları müsbət tamamlayıb. 28 yaşlı oyunçunun millinin toplaşından sonra Adana təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək. "Adanaspor" Budakla yanaşı Göksu Alhas və Ümit Yasin Arslanı da rənglərinə bağlayacaq.

Qeyd edək ki, Ufuk Budakın son klubu "Samsunspor" olub.