Milyarderdən möhtəşəm layihə - Video

milyarderden-mohtesem-layihe
Oxunma sayı: 2898

Məşhur biznesmen-milyarder Elon Mask Beynəlxalq Astronavtika Konqressində çıxışı zamanı Ay və Mars barəsində planlarını açıqlayıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, yeni ideya Yer kürəsi ilə bağlıdır. Belə ki, Mask öz plaentlərarası raket sistemini, şəhərlər arasındakı uçuşlarda istifadə etmək niyyətindədir. Bu üsul ilə sərnişinləri Yer kürəsinin istənilən nöqtəsinə 30 dəqiqə ərzində çatdırmaq olacaq. Mask “SpaceX”in ən böyük raketi olan “Big Falcon Rocket”dən istifadəni təklif edib. Bu raket, böyük kosmik gəmini, Yer kürəsinin orbitinə çatdıracaq.

Daha sonra isə həmin kosmik gəmi, böyük şəhərlərin yanında olacaq su platformalarına eniş edəcək. Yeni raket və yeni kosmik gəmi layihəsi artıq hazırlanma mərhələsindədir. Musk, hər iki obyektin tikintisinə növbəti 6-9 ay çərçivəsində başlamağı planlaşdırır. “SpaceX” tərəfindən təqdim olunmuş videoda sözügedən ideya əks olunub.

Aya və Marsa göndərilməsi planlaşdırılan kosmik gəmi bir uçuşa 80-200 nəfər sərnişin daşıya bilər. Lakin bu cür uçuş zamanı adi insanların keçirdəcəkləri narahatlıqlar sual altında qalır. Belə ki, burda insan orqanizminə olan yüksək yüklənməni, çəkisizliyi və digər faktorları nəzərə almaq lazımdır. Digər tərəfdən bir çoxları uşaqlıqda kosmonavt olmaq arzusu ilə yaşayıb və Mask onların bu arzularını adi aviabilet qiymətinə reallaşdırmağa çalışır.