Mingəçevirdə toyda dava- - Gəlinin atası bıçaqlandı

mingecevirde-toyda-dava-
Oxunma sayı: 2279


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib. 

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.