Miri Yusiflə xanımı Ajdanın konsertində 5 dəqiqə oturdu... - Fotolar

miri-yusifle-xanimi-ajdanin-konsertinde-5-deqiqe-oturdu
Oxunma sayı: 7171

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Ajda Pekkan dünən "Nargis" jurnalının 5 illiyi münasibəti ilə konsert verib.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Heydər Əliyev Sarayında baş tutan gecədə superstar təxminən 2 saat 30 dəqiqə ərzində səhnədə olub. 71 yaşlı sənətçi fasilə vermədən canlı ifaları ilə hər kəsə möhtəşəm dəqiqələr yaşadıb.

Konsertə qatılanlar arasında ölkəmizin tanınmış sənətçiləri – xalq artistləri, teleaparıcılar, aktyorlar, eləcə də idmançılar yer alıb. Ən qəribə, anlaşılmayan addım isə müğənni Miri Yusif tərəfindən atılıb.

Belə ki, sənətçi konsertdə xanımı  Nərgiz Mirbabayeva və prodüseri Emin Əfəndi ilə iştirak edib. Fanatları ilə selfi çəkdirən, sənət yoldaşları ilə görüşüb söhbətləşən müğənni konsertin başlamasından cəmi 5 dəqiqə sonra gözlənilməz şəkildə salonu tərk edib.

Xanımı və prodüseri ilə birgə Ajda Pekkan kimi sənətçinin konsertini anidən tərk edən Miri Yusifin bu hərəkəti ətrafdakı insanların təəccübünə səbəb olub.