Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 518 min 965 ədəd artıb

mobil-abunecilerin-sayi-ilin-evveline-nisbeten-texminen-518-min-965-eded-artib
Oxunma sayı: 636

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildiririlir ki, mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 518 min 965 ədəd artaraq 9 milyon 629 min ədəd olub. Bu isə hər 100 nəfərə təxminən 105 mobil abunəçinin düşməsi deməkdir. Hazırda 100 nəfərə düşən mobil abunəçi üzrə dünya orta göstərici 78 ədəd təşkil edir. Azərbaycan dünya orta göstəricisini təqribən 35 faiz qabaqlayır.